Koronavirusun yayılmasına səbəb olan dini lider diz çöküb, üzr istədi

Paylaş
856 İzlənmə
3 Ay Öncə

Cənubi Koreyada Kovid-19 virusunun sürətlə yayılmasına səbəb olmaqda ittiham olunan Şinçeonji kilsəsinin qurucusu Li Man Hi diz çökərək, xalqdan üzr istəyib.

 

Qaynar TV xarici mətbuata istinadən xəbər verir ki, azı 4 min nəfərin koronavirusa yoluxduğu təsdiqlənən Cənubi Koreyada bunun yarısının kilsənin məsuliyyətsizliyi səbəbindən baş verdiyi deyilir. Belə ki, təriqt üzvü olan və sayca 31-ci xəstə kimi qeydə alınan 61 yaşlı bir qadın ölkədəki epidemiyanın mənbəyi hesab edilir. Kilsənin rəhbəri olan 88 yaşlı Li qadını yoxlamadan keçirdikləri zaman testlərin neqativ çıxdığını deyib.

 

"Təriqət üzvləri adından bütün səmimiyyətimlə üzr istəyirəm. Qəsdən olmasa da çox sayda insan virusa yoluxdu. Əlimizdən gələni etsək də qarşısını ala bilmədik", - deyə Li bildirib.

 

Səlahiyyətlilər isə başda li olmaqla 1 təriqət liderinə virusun yayılmasında lazımi qədər əməkdaşlıq etmədikləri üçün cinayət işi açmağa hazırlaşır.

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
“Röya toyda oxuyanda qan su yerinə axdı”

“Röya toyda oxuyanda qan su yerinə axdı”

14134 2 Həftə Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun