Ermənistan İFLİC OLDU: 500-ə yaxın insan köməksizdir, minlərlə hərbçi...

Paylaş
25,490 İzlənmə
8 Ay Öncə

Ermənistan Təcili Yardım QSC-nin iş yükü 3 qat olub.

Publika.az xəbər verir ki, bu barədə cəmiyyətin direktoru Taquhi Stepanyan “Sputnik Armeniya”ya açıqlamasında bildirib.

O qeyd edib ki, hazırda təcili yardım briqadaları 3 istiqamətə bölünüb: ənənəvi çağırışlar, koronavirus xəstələrinə və ölən əsgərlərin köməyə ehtiyacı olan yaxınlarına xidmət.

Direktor bildirib ki, xüsusilə, yaralıların gətirilməsi briqadaları çətin vəziyyətə salır: “Qaynar xəttə cavabsız zənglərlə bağlı şikayətlər daxil olur, amma əslində zənglərin sayı dəfələrlə artıb və operatorlar sadəcə cavab verməyə belə vaxt tapmırlar, çünki o vaxt başqa zənglər də daxil olur”.

Stepanyan vətəndaşları ehtiyac olduqda təcili yardım çağırmağa səsləyib.

Xatırladaq ki, Ermənistanda koronavirusa yoluxan vətəndaşların sayı hər gün artır. 28 oktyabr tarixindən koronavirusa yoluxmuş 448 nəfər xəstəxanaya yerləşdirilməyi gözləyir, 2 min 472 nəfər stasionar müalicə alır. Döyüş əməliyyatlarında yaralanan minlərlə hərbçi də tibbi mərkəzlərdə müalicə alır.

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
“O qədər sürətlidirlər ki, bacarmırıq... çox qorxuruq” – Erməni əsgərlər

“O qədər sürətlidirlər ki, bacarmırıq... çox qorxuruq” – Erməni əsgərlər

6263 9 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun