Çinli mühəndis Zhao Deli uçan motosiklet icad edib.
Qaynar TV xarici mətbuata istinadən xəbər verir ki, 2 ildir layihə üzərində çalışan mühəndis 1560-cı sınağında xəyalını gerçəkləşdirib. Uğurlu keçən sınadan sonra yerə enməyi bacaran Zhao Deli buna nail olmaq üçün evini satmaq məcburiyyətində qaldığını deyib.
8 pərli motosiklet 50-100 kiloqram ağırlığında yük götürə bilir. Sürəti saatda 44 kilometr olan uçan motosikletin maksimum ağırlığı 256 kiloqramdır və cihaz 30 dəqiqə havada qalır.
Gələcəkdə bundan minik vasitəsi kimi istifadə edilə biləcəyi qeyd olunur.
Videoları qaçırmayın
Videoları qaçırmayın