"Neftçi" 3 xalı 4 qolla qazandı

Paylaş
297 İzlənmə
2 Həftə Öncə

Azərbaycan Premyer Liqasında XII turun son oyunu keçirilib. 

 

Qaynar TV xəbər verir ki, turun son oyunu isə "Bakcell Arena"da "Neftçi" və "Qəbələ" arasında baş tutub. 5 qolun vurulduğu oyunda meydan sahibləri 4:1 hesablı qələbə qazanıb. İlk yarıda Soni Mustivar, Ömər Buludov və Stiven Monroz "Neftçi"nin 3:0 hesablı üstünlüyünü təmin edib. Qalan iki qol isə matçın əsas vaxtına əlavə olunmuş dəqiqələrdə vurulub. 90+2-ci dəqiqədə Evangelos Platellas fərqlənib. İki dəqiqə sonra isə Donald Gerye qapıları səhv salaraq avtoqol müəllifi olub. Bu qələbədən sonra "Neftçi" ikinci pilləyə yüksəlib.

 

Bu komandalar arasında 46-cı matç olub. Bu oyunların 21-dən "Neftçi", 16-dan "Qəbələ" qalib ayrılıbsa, daha 9 matç heç-heçə ilə yekunlaşıb. Topların nisbətində "flaqman"ın üstünlüyü var - 65:58. "Ağ-qaralar” 11 oyundu meydanı qolsuz tərk etmir. 

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Aygun Kazimova & Filipp Kirkorovdan gözlənilən klip - Jalma

Aygun Kazimova & Filipp Kirkorovdan gözlənilən klip - Jalma

112 2 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun