Düşmənə öldürücü zərbələr vuran Hikmət: Erməni hərbi hissəsinə girdik...

Paylaş
4,091 İzlənmə
2 Həftə Öncə

Cəbrayıl və Füzuli istiqamətindəki hərbi əməliyyatlarda düşmənə öldürücü zərbələrin vurulmasında iştirak edib, döyüş meydanından yaralı hərbçilərimizi çıxararkən özü də xəsarət alıb...

 

Qaynar TV Xəzər TV-yə istinadla xəbər verir ki, söhbət leytenant Hikmət İbrahimovdan gedir.

 

Bu qəhrəman, müharibə zamanı yaralansa da, döyüşü davam etdirib. Bir neçə gün sonra yenidən yaralandığından müalicə üçün paytaxt Bakıya göndərilib. O, ilk xəsarəti Cəbrayıl rayonu ərazisində alıb.

 

Bölük komandiri vəzifəsini icra edən Hikmət İbrahimovun tabeliyindəki dəstə Füzulinin Yuxarı Əbdürrəhmanlı kəndi ərazisində düşmənin şiddətli atəşinə məruz qalıb. Elə həmin döyüşlərdə də o bədəninin 4 nahiyəsindən yaralanıb və fəqərəsi sınıb.

 

Hərbçimizin sözlərinə görə, döyüş yoldaşları erməniləri ərazidən qovduqdan sonra çoxlu sayda texnikanı ələ keçiriblər. Onların içərisində hətta erməni generalın avtomobili də olub.

 

Qəhrəman hərbçimiz hələ də bədənində qəlpələrlə yaşayır. Hikmət İbrahimov Yunus və Yusif adlı iki övladını əsl vətənpərvər kimi böyütmək istəyir.

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
“O qədər sürətlidirlər ki, bacarmırıq... çox qorxuruq” – Erməni əsgərlər

“O qədər sürətlidirlər ki, bacarmırıq... çox qorxuruq” – Erməni əsgərlər

6019 1 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun