ABŞ görüntüləri yaymağa məcbur oldu: Bağdadi belə məhv edilib

Paylaş
229 İzlənmə
3 Ay Öncə

Pentaqon Suriyanın İdlib əyalətində İŞİD lideri Əbubəkr əl-Bağdadini məhv etmək üçün Amerika xüsusi təyinatlı qüvvələrinin keçirdiyi xüsusi əməliyyatın görüntülərini yayımlayıb. 

 

Qaynar TV kp.ru-ya istinadla xəbər verir ki, foto və videolar ABŞ Müdafiə Nazirliyinin Ağ Evdəki mətbuat konfransı zamanı nümayiş etdirilib.

 

Amerika Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəisi general-leytenant Kennet Makkenzi tərəfindən göstərilən qısa videogörüntüdə xüsusi təyinatlı döyüşçülərin islamçı liderin olduğu yerin hər iki tərəfdən binanı necə mühasirəyə aldığını görmək olar.

 

Xatırladaq ki, oktyabr 27-də ABŞ Prezidenti Donald Trump amerikalıların İŞİD liderini məhv etməyə müvəffəq olduqlarını elan edib. Eyni zamanda, Rusiya, Türkiyə, Suriya və İraqa terrorçunu aradan götürməkdə göstərdikləri köməyə görə təşəkkür edib. Bununla belə, Bağdadinin ölümünə dair heç bir dəlil yoxdur.

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Azərbaycanlı müğənni “Google Russia”nın siması seçildi

Azərbaycanlı müğənni “Google Russia”nın siması seçildi

657 5 Gün Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun