Azərbaycanda rayon mərkəzi çirkab sularına qərq olub

Paylaş
964 İzlənmə
2 Həftə Öncə

Xoşagəlməz mənzərə, üfunət dolu çirkab suları Kürdəmir rayonu, Soltan Şıxəliyev küçəsindədir.

 

Qaynar TV Baku TV-yə istinadən xəbər verir ki, həmin küçədə kanalizasiya xətti olmadığından çirkab suları küçəyə axıdılır.

 

Bu isə böyükdən kiçiyə hamını narahat edir.

 

Yerli sakinlərin sözlərinə görə, dəfələrlə müvafiq qurumlara müraciət edilməsinə baxmayaraq, dərdlərinə çarə tapan olmayıb.

 

“Azərsu” ASC-nin 2 nömrəli Regional Su-kanal İdarəsinin Kürdəmir su-kanal sahəsindən bildirdilər ki, Kürdəmir şəhəri üzrə doqquz kilometr uzunluğunda kanalizasiya xətti var.

 

1977-ci ildə çəkilən xəttin tamamilə yararsız halda olması səbəbindən 2015-ci ildə dövlət dəstəyi ilə 800 metr, hazırda “Azərsu”nun daxili imkanları hesabına isə 600 metr məsafədə yeni xətt çəkilir. Soltan Şıxəliyev küçəsinə gəldikdə isə...

 

Ümid edək ki, ərazidə yeni kanalizasiya xətləri çəkilənə qədər sakinlər üçün alternativ xətt çəkilər və bu insanlar üfunətli çirkab sularından canlarını qurtara bilərlər.

 

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
CNN-in müxbiri canlı yayımda soyuldu

CNN-in müxbiri canlı yayımda soyuldu

2174 1 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun