İsti havalarda işlər dayandırılmalıdır

Paylaş
252 İzlənmə
5 Ay Öncə

Son günlər ölkə ərazisində isti hava müşahidə olunur. Bəli, yayın ilk günləridir və bizi qarşıda daha da kəskin istilərin gözlədiyini deyirlər. Nəzərə alsaq ki, ölkə ərazisində açıq havada, günəş altında işləyən xeyli sayda işçi var. Bəs bu işçilərə hər hansı bir güzəşt olmalıdırmı?

 

ARB TV-nin efirində yayımlanan “Günə doğru” verilişində məsələ ilə bağlı maraqlı sujet yayımlanıb.

 

Azərbaycanda əmək qanunvericiliyinə görə, kölgədə temperatur müsbət 41 dərəcəyə çatarsa, iş dayanmalıdır.

 

Azər İsmayılov – DƏMX-in mətbuat katibi: “Hava şəraiti açıq olan və sərinləşdirici qurğular olmayan binalarda, otaqlarda işlərin dayandırılması və işçilərə fasilələrin verilməsi nəzərdə tutulmuşdur. İşəgötürənlər tərəfindən həmin qaydalara riayət olunması vacibdir”.

 

İlkin Məcidov – Ekspert: “İşlər müəyyən bir qrafikə salınır. Günün müəyyən saatlarında həmin işlər ya növbəli işə keçirilir, ya da həmin saatlarda iş olmur”.

 

İsta havada işin dayandırılması və fasilələrin verilməsi işəgötürənlə həmkarlar ittifaqının birgə qərarı əsasında həyata keçirilir.

 

Samir Qasımov – Hüquqşünas: “Əgər havanın kəskin isti və yaxud soyuq olması səbəbindən iş dayanıbsa, bu işçinin təqsiri olmadan boşdayanma halı hesab olunur. Və həmin halda əməkhaqqının 2/3-si mütləq ödənməlidir”.

 

Müşahidələrimiz göstərdi ki, əksər yerlərdə, xüsusən tikintilərdə yüksək temperaturda açıq havada işləyənlərə güzəşt edilmir.

 

İş icraçısı: “İsti havalarda işi saxlamırıq, amma işçilər bəzən 15-20 dəqiqə işləyib düşürlər aşağı. Saat 5-6-ya qədər bu qaydada işləyirlər, ondan sonra işlərinə davam edirlə”.

 

İlkin Məcidov – Ekspert: “Burda sahibkarın üzərinə düşən odur ki, bu vaxtlara diqqət yetirsin. Çünki burda insan faktoru əsas rol oynayır. Həmin şəraitdə qəza halları da ola bilər ki, insanın, orada işləyən işçinin səhətinə müəyən bir təsir göstərə bilər”.

 

İsti havada qapalı şəraitdə çalışanlar üçün də işəgötürənlər tərəfindən normal iş şəraiti yaradılmalıdır. 

 

Rauf Rövşənov – Labaratoriya müdiri: “İstehsal sahələrində təbii ki, kondisionerlər işləyir. Yəni işçilərin həm normal iş şəraitini təmin edilir, həm də məhsullar normal temperaturda saxlanılır ki, xarab olmasın”. Bu səbəbdən də çətinlik yaşanmır temperatur baxımından”.

 

Samir Qasımov – Hüquqşünas: “Əgər obyektiv səbəbdən iş şəraiti normal təşkil edilmirsə, soyuducu kondisionerlər quraşdırılmırsa o zaman mütləq şəkildə işə fasilə verilməlidir”.

 

Havanın temperaturu müsbət 41 dərəcədən çox olduğu halda açıq havada işləməyə məcbur edilən şəxslər Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edə bilər. Hər bir şikayət araşdırıldıqdan sonra qanunauyğun şəkildə tədbir görülür.

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
“O qədər sürətlidirlər ki, bacarmırıq... çox qorxuruq” – Erməni əsgərlər

“O qədər sürətlidirlər ki, bacarmırıq... çox qorxuruq” – Erməni əsgərlər

6035 1 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun