ABŞ-da hərbi bazaya silahlı hücum: 3 ölü, 8 yaralı

Paylaş
335 İzlənmə
8 Ay Öncə

ABŞ-ın Florida ştatında donanmaya aid bazaya silahlı hücum olub.

 

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, insident nəticəsində 3 nəfər ölüb, 8 nəfər isə yaralanıb. Hücumu təşkil edən şəxs öldürülüb. Hadisənin ardından bazaya giriş-çıxış bağlanılıb.

 

 

Bazada 16 mindən çox əsgər, 7400 isə mülki şəxs xidmət aparır. Hadisənin səbəbi və hücumu törədən şəxsin kimliyi hələlik açıqlanmayıb. Lakin onun Səudiyyə Ərəbistanı vətəndaşı olduğu bildirilir.

 

ABŞ prezidenti Donald Tramp hadisə ilə bağlı açıqlama verərəkən, Səudiyyə kralı ilə bu məsələni telefonda müzakirə etdiyini deyib.

 

"Kral Salman ibn Əbdüləziz əl-Səud sözügedən şəxsin hücumuna görə Səudiyyə xalqının çox əsəbi olduğunu söylədi və bu adamın heç bir şəkildə Amerika xalqına sevgi bəsləyən Səudiyyəlilərin hislərini əks etdirmədiyini bildirdi", - deyə Tramp bildirib.

 

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
CNN-in müxbiri canlı yayımda soyuldu

CNN-in müxbiri canlı yayımda soyuldu

1248 1 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun