Adama öz ağrısından başqa yaxın heçnə yoxdur.
Özün hiss etdiyin qədər mənalı heç kim hiss edə bilməz. Ancaq o taylı-bu taylı məmləkətin ağrısını özləri qədər hiss edən Arazdı.
Bu acıları soyutmağa çalışır Araz. Bir yerdə durmur. Axır, gedir. Hər iki tərəfin üzünə baxa bilmir.
Bir gün Arazda balıqlarla bərabər Azadlıqlar üzəcək. Üzümüzü Araza tutub “Günaydın vətənim, Azadlığın mübarək” deyəcəyik.
Bu Azadlıq eşqi ilə xoş dinləmələr...
“Reinkarnasiya” layihəsinin növbəti buraxılışını təqdim edirik:
Videoları qaçırmayın
Videoları qaçırmayın