Azərbaycanda iş və xidmət sahələrində fəaliyyət bərpa olunur

Paylaş
102 İzlənmə
3 Ay Öncə

Bu gün gecə saat 12-dən etibarən Azərbaycanda iş və xidmət sahələrində fəaliyyət bərpa olunur.

 

"ASAN Xidmət" mərkəzlərində vətəndaşların qəbulu ASAN mobil tətbiqi, internet saytı və çağrı mərkəzləri vasitəsilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlayır.

 

Onlayn növbəsi olmayan vətəndaşlara isə xidmət göstərilməyəcək. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyi yaydığı təlimat videosunda vətəndaşların mərkəzin binalarına gələrkən maska və əlcək taxması tövsiyə olunur.

 

Bundan başqa mərkəzin binaları daxilində 2 metrlik sosial məsafəsinin qorunması da təmin edilməlidir.

 

"ASAN Xidmət” mərkəzləri ilə çoxsaylı iş yerləri də bu gecədən fəaliyyətə başlayır.

 

Fərdi tədris və repetitor xidmətləri, kitab, qəzet, dəftərxana mallarının satış, çap və surətçıxarma fəaliyyəti, fotoatelye-fotostudiyalar, fərdi mənzillərdə təmizlik xidmətləri, dərzi xidmətləri, qızıl, digər bəzək əşyalarının satışı və lombardlar fəaliyyətə başlayır.

 

Eləcə də mobil cihazların, ehtiyat hissələrinin və aksessuarlarının satışı və təmiri, kompüter avadanlıqlarının satışı və təmiri, elektronika və məişət texnikasının, mebel, avtomobil satışı fəaliyyətlərinə də icazə verilir.

 

Bundan əlavə kimyəvi məhsulların, gül və bitki məhsullarının , kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və avadanlıqlarının, gübrə və aqrokimyəvi məhsulların satışı da başlayır.

 

Ancaq ticarət mərkəzləri və "Mall"ların nəzdində qeyd olunan sahələrin fəaliyyətinə məhdudiyyət qüvvədə qalır.

 

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
CNN-in müxbiri canlı yayımda soyuldu

CNN-in müxbiri canlı yayımda soyuldu

1698 1 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun