"Səbail" "Qəbələ"ni də məğlub etdi

Paylaş
476 İzlənmə
1 il Öncə

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib.

 

Qaynar TV xəbər verir ki, "ASCO Arena"da "Səbail" və "Qəbələ" komandaları üz-üzə gəlib. Gənc baş hakim Kamal Umudlunun idarə etdiyi görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1.

 

Hesabı 16-cı dəqiqədə "Qəbələ"nin yeni transferi Nikolas Raysel açıb. "Səbail" isə hər 3 qoluna fasilədən sonra imza atıb. 56-cı dəqiqədə Mirsahib Abbasov hesabı bərabərləşdirib. 70-ci dəqiqədə Rauf Əliyev yeni komandasında ilk qolunu vurub. 

 

Bundan 5 dəqiqə sonra "qırmızı-qaralar"ın legioneri Fernan Lopes ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. 

 

Say üstünlüyü qazanan "dənizçilər" 82-ci dəqiqədə yekun nəticəni müəyyənləşdiriblər. Daha bir yeni transfer Hendrik Ekşteyn ötən tur olduğu kimi, yenə penaltini dəqiq yerinə yetirib.

 

Bu qələbə sayəsində xallarını 18-ə çatdıran "Səbail" yenə 7-ci pillədə qalsa da, son pillədəki "Qəbələ"dən 5 xal aralanıb.

 

Qeyd edək ki, turun ilk 2 oyununda "Qarabağ" səfərdə "Zirə"ni 6:0, "Sabah" isə "Sumqayıt"ı 2:1 hesabı ilə yenib. Tura saat 19:00-da başlanacaq "Neftçi" - "Keşlə" matçı ilə yekun vurulacaq.

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
“O qədər sürətlidirlər ki, bacarmırıq... çox qorxuruq” – Erməni əsgərlər

“O qədər sürətlidirlər ki, bacarmırıq... çox qorxuruq” – Erməni əsgərlər

6209 6 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun