İnsan beyni kompüterə bağlanacaq, daha adamlar danışmayacaq...

Paylaş
414 İzlənmə
3 Həftə Öncə

Mütəxəssislərin fikrincə, bir neçə ildən sonra insanlar artıq nitqə ehtiyac duymayacaqlar. Rabitə fərqli bir səviyyədə - rəqəmsal olaraq reallaşacaq. 

 

Qaynar TV xəbər verir ki, “Neuralink” şirkəti 2017-ci ildə insan beynini kompüterə bağlayacaq texnologiyalar yaratmaq məqsədi ilə qurulub. Bu ideyanı həyata keçirmək üçün Mask 27 milyon dollar maliyyə vəsaiti alıb. Bu layihəyə 12 anonim investor yatırım qoyub. Bundan bir qədər sonra İlon Mask “Neuralink”in bu texnologiyaların insanlarda sınaqdan keçirilməsinə başladığını deyib.

 

Hazırda belə bir iddialı layihənin həyata keçirilmə mərhələsi barədə çox az şey məlumdur, ancaq elm adamlarının bunun üzərində fəal çalışdıqları bilinir. Ən azı Mask müntəzəm olaraq müxtəlif müsahibələrdə bu barədə xatırladır. İndi isə kompüterin insan beyninə gələn il qoşulacağını bildirib.

 

İlon Maskın sözlərinə görə, ilk mərhələdə şirkət tərəfindən hazırlanan mikroçiplər kəllənin özünə yerləşdiriləcək və beynin müxtəlif xəsarət və xəstəliklərinin müalicəsində istifadə ediləcək.

 

Maska görə, növbəti mərhələdə mikroçiplər daha inkişaf etmiş funksiyaya sahib olacaqlar. İnsan, ümumiyyətlə, danışmaq məcburiyyətində olmayacaq. Ünsiyyət zamanı ötürülən məlumatlar çox dəqiq olacaqdır. Danışıq dilinin başına nə gələcəyi isə bilinmir. Bu, xarici dil biliyinin birbaşa beyinə yüklənə biləcəyi məşhur "Matriks" filminə bənzəyəcək.

 

“Neuralink”in qurucusu şirkətin bu ideyasını reallaşdırmaq üçün 5-10 il çəkəcəyini düşünür.

 

Bəzi tədqiqatçılar belə bir yeniliyin insanı süni intellektdən asılı vəziyyətə salacağından qorxurlar.

 

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
“Röya toyda oxuyanda qan su yerinə axdı”

“Röya toyda oxuyanda qan su yerinə axdı”

14158 2 Həftə Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun