Amerikalılar koronavirus səbəbiylə bunkerlər qurmağa başladılar

Paylaş
998 İzlənmə
2 Ay Öncə

Amerikalılar koronavirusun yayılması fonunda kütləvi şəkildə bunkerlər qurmağa başlayıb. 

 

Qaynarinfo xəbər verir ki, bu barədə yaşamaq və özünümüdafiə vasitələri bazarının nümayəndələri məlumat veriblər.

 

Rising S Şirkətinin qurucusu Clyde Scott koronavirusla əlaqəli vəziyyətin pisləşməsindən sonra insanların sığınacaq yerləri haqqında daha çox düşünməyə başladığını deyib. O, insanların hazırkı bunker marağını misli görünməmiş adlandırıb: 

 

“Əvvəllər tibbi səbəblərə görə sığınacaq satışlarında bu cür artım görməmişik. Adətən bizim satışımız azadlıqların pozulması, yaxud vətəndaş qarşıdurmaları və sosial iğtişaşlara səbəb ola biləcək siyasi hərəkətlərdən asılı olur".

 

“Rising S Company”nin quraşdırdığı ən ucuz bir otaqlı bunker 39,5 min dollara başa gəlir. Sauna, bitki otağı, hovuz, bilyard otağı və bir neçə avtomobil üçün qarajı olan ən böyük bunker alıcıya 8 milyon dollara başa gələcək.

 

Devis qeyd edib ki, bunker tikmək ailə təhlükəsizliyini təmin etmək üçün zəruri bir tədbirdir və getdikcə daha çox amerikalı bunu dərk edir.

 

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
“Röya toyda oxuyanda qan su yerinə axdı”

“Röya toyda oxuyanda qan su yerinə axdı”

14138 2 Həftə Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun