Gürcüstanın tanınmış siyasətçiləri Azərbaycan xalqını Həmrəylik Günü münasibətilə təbrik etdi

Paylaş
270 İzlənmə
7 Ay Öncə

Bu il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün 30 ili tamam olur.

 

“Report” xəbər verir ki, Gürcüstanın tanınmış siyasətçiləri Azərbaycan xalqını Həmrəylik Günü münasibəti ilə təbrik ediblər.

 

Tbilisi şəhərinin meri Kaxa Kaladze: "Azərbaycan xalqını təbrik edirəm! 30 il az vaxt deyil. Ən əsası və ən vacibi, sülh və əmin-amanlıq, mənəvi rahatlıq arzulayıram.

 

Azərbaycan strateji tərəfdaşımızdır, xalqlarımız və dövlətlərimiz arasındakı münasibətlər çox əhəmiyyətlidir. Qarşıdakı illərdə də münasibətlərimizin daha da dərinləşəcəyinə, dostluğumuzun güclənəcəyinə əminəm. Bu, hər iki ölkə üçün çox mühümdür".

 

Gürcüstan İnnovasiyalar və Texnologiyalar Agentliyinin beynəlxalq əlaqələr departamentinin rəhbəri Mariam Laşxi: "Azərbaycan xalqını, dostlarımızı salamlayır, onları Həmrəylik Günü münasibətilə təbrik etmək istəyirəm! Sizə iqtisadi qüvvə arzulayıram.

 

Azərbaycan hər zaman Gürcüstanın iqtisadi tərəfdaşı olub və istərdim ki, innovasiya və texnologiya sahəsindəki əməkdaşlığımız daha da güclənsin, bir yerdə biliklərə əsaslanan iqtisadiyyat quraq".

 

Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze: "31 dekabr Azərbaycan Respublikasında Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Fürsətdən istifadə edərək, strateji tərəfdaş və dost dövləti təbrik etmək istəyirəm.

 

Bildiyiniz kimi, ölkələrimiz arasında münasibətlər həm siyasi, həm ticari-iqtisadi, həm mədəni-humanitar istiqamətdə dinamik şəkildə inkişaf edir. Bizi bir çox vacib layihə, o cümlədən diasporlar arasında dostluq əlaqələndirir. Bu bayram təkcə Azərbaycanda deyil, bütün dünyada, o cümlədən, Gürcüstanda da qeyd olunur. Biz bu bayrama qoşulur və dostumuz olan Azərbaycana səmimi qəlbdən birgə layihələrimizdə və səylərimizdə uğurlar diləyirik".

 

Parlamentin İnsan Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Sofo Kiladze: "Bu vacib gün münasibətilə azərbaycanlıları təbrik edirəm!

 

Bu gün Gürcüstandakı azərbaycanlıların hüquqlarının qorunması üçün əlimizdən gələni edirik. Bizi və burada yaşayan azərbaycanlıları bağlayan çoxəsrlik dostluqla qürur duyuruq. Xalqlarımız arasındakı bu dostluğun illər və əsrlər boyu davam etməsi üçün çalışacağıq.

 

Əlbəttə ki, dövlətlərarası münasibətlər çox vacibdir, Gürcüstan və Azərbaycan çox yaxşı tərəfdaşlardır və biz bu qonşuluq münasibətlərini hərtərəfli, beynəlxalq səviyyədə qorumaq üçün əlimizdən gələni edirik ki, dövlətlərimiz bütün sahələrdə sıx əməkdaşlıq etsin".

 

Parlament Komitəsinin sədri İrakli Sesiaşvili: "Qardaş Azərbaycan xalqını Həmrəylik Günü münasibətilə təbrik edirəm! Sülh və sabitlik, sürətli inkişaf, tərəqqi arzulayıram. Biz dostluğumuzla, xalqlarımız arasındakı tarixi keçmişlə qürur duyuruq. Təbii ki, dostluğumuzun gələcəkdə daha da dərinləşəcəyinə dair bir hiss və gözləntimiz var. Həmkarlarımız, hökumətlər arasında gözəl münasibətlər var, bu da bölgədə sülh və sabitliyin təmin edilməsi üçün ölkələrimiz arasında aktiv işlərin davam etdirilməsi üçün yaxşı zəmindir".

 

Parlamentin Ətraf mühit komitəsinin sədri Nino Tsilosani: "Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik! Həmrəylik insanlar arasında münasibətlərin qurulması üçün əsasdır. Qonşu və dost dövlət olaraq bizi Azərbaycanla nəinki işgüzar və strateji münasibət, həm də xalqlarımızın çoxillik, tolerant tarixi bağlayır. Mən bütün azərbaycanlıları bugünkü bayram münasibətilə təbrik edirəm və onlara sülh və firavanlıq diləyirəm".

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
CNN-in müxbiri canlı yayımda soyuldu

CNN-in müxbiri canlı yayımda soyuldu

1296 1 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun