Azərbaycanda ilk dəfə: Vəhşi heyvanlar peyvəndləndi

Paylaş
320 İzlənmə
2 Həftə Öncə

Azərbaycanda ilk dəfə vəhşi təbiətdə yaşayan heyvanlar quduzluq xəstəliyinə qarşı peyvəndlənib.

 

Qaynar TV Xəzər TV-yə istinadən xəbər verir ki, Avropadan gətirilmiş peyvəndlər adi qida vasitəsilə daha çox xəstəliyin risk zonası sayılan şimal-qərb bölgəsində vəhşi heyvanlara verilib.

 

Peyvəndli yemlər kəndlərin kənarında meşənin giriş hissəsinə baytar mütəxəssislər tərəfindən yerləşdirilir.

Şəki rayonunun bütün kəndlərini əhatə etməklə peyvəndli yemlərin qoyulması qısa müddətdə başa çatdırılacaq.

 

Peyvəndləmə işləri Qax, Zaqatala və digər rayonlarda da aparılacaq, peyvəndləmənin keyfiyyəti xüsusi üsullarla yoxlanacaq.

 

Vəhşi heyvanlar şpris atan silahlarla vurularaq keyləşdiriləcək və onların ağız boşluqlarından maye götürülüb analiz ediləcək. Bununla da həmin heyvanların peyvəndli qidanı yeyib-yemədikləri müəyyənləşdiriləcək.

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Azərbaycanlı müğənni “Google Russia”nın siması seçildi

Azərbaycanlı müğənni “Google Russia”nın siması seçildi

659 6 Gün Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun