Kadırov karantini pozan çeçeni döyən polisi təriflədi, təşviq etdi

Paylaş
774 İzlənmə
1 Ay Öncə

Çeçenistanın başçısı Ramzan Kadırov özüntəcrid rejimini pozduğuna görə Arqun sakinini döyən polis məmurunun hərəkətlərini yüksək qiymətləndirib.

 

Qaynar TV “Dojd”a istinadla xəbər verir ki, hadisə haqda hüquq müdafiəçisi Əbubəkr Yanqulbayev məlumat verib. O, aprelin 4-də kişinin döyülməsi ilə bağlı videonu yayıb. Daha sonra videonu zərərçəkənin öz xahişi ilə sildiyini bildirib. Aprelin 5-də döyülən şəxs, onun qardaşı və videonu çəkib yayan iki başqa şəxs Çeçenistan dövlət televiziyasının efirindən üzr istəyib. 

 

Bununola belə, Kadırov təhlükəsizlik işçisinin hərəkətini tərifləyib. Əvvəlcə polis məmurunun hərəkətlərindən narazı qaldığını etiraf etsə də, sonra bunun o qədər pis niyyətli olmadığını deyib, rejimi pozan şəxsi isə "dəli" adlandırıb.

 

"Minlərlə insanı dəfn etməkdənsə birini döymək daha yaxşıdır", - deyən Kadırov, nəinki polisi tənqid etmədiyini, hətta təşviq etmək niyyətində olduğunu da bildirib.

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
“Röya toyda oxuyanda qan su yerinə axdı”

“Röya toyda oxuyanda qan su yerinə axdı”

14118 2 Həftə Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun