Azərbaycan Hərbi Hava Qüvvələri döyüş atışlı taktiki-uçuş təlimləri keçirib

Paylaş
411 İzlənmə
1 Ay Öncə

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) cəbhə və ordu aviasiyasının döyüş atışlı taktiki-uçuş təlimləri keçirilib.

 

Bu barədə Qaynar TV-yə Müdafiə Nazirliyindən məlumat verilib. 

 

Hərbi pilotların döyüş bacarıqlarının təkmilləşdirilməsi məqsədi ilə keçirilən təlimlər çərçivəsində HHQ-nin döyüş aviasiyasının təyyarəçiləri praktiki atışlar icra ediblər.

 

Pilotlar hava hücumundan müdafiə vasitələrindən yayınaraq və ərazinin relyefindən istifadə edərək müxtəlif yüksəkliklərdə manevr etməklə şərti düşmənin döyüş mövqelərini bombardman ediblər. Bununla yanaşı, şərti düşmənin komanda və müşahidə məntəqələri, artilleriya atəş mövqeləri, müşahidə postları, habelə zirehli maşınlarını təqlid edən tək və qrup hədəfləri məhv edilib.

 

Təlimlər zamanı pilotlar şərti düşmənin yerüstü hədəflərinin koordinatlarını təyin etməklə hava kəşfiyyatı da həyata keçiriblər.

 

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
CNN-in müxbiri canlı yayımda soyuldu

CNN-in müxbiri canlı yayımda soyuldu

489 1 Gün Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun