Nailə Mirməmmədli: “Oğlum öləndə ağlamağa utandım”

Paylaş
562 İzlənmə
1 Ay Öncə

ARB TV-nin “Səhər-Səhər” verilişinin növbəti qonağı əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədli olub.

 

Tanınmış bəstəkar, oğlunun ölümündən söz açıb. O oğlunu itirdikdən sonra bir çox sənətçilərin ona təsəlli verdiyini, lakin ən böyük təsəllini isə bir xanımın verdiyini bildirib.

 

Qeyd edib ki, həmin xanım Nailə Mirməmmədliyə bildirib ki, sənin oğlun suda boğulub, amma Vətən üçün şəhidlərimiz var. Siz niyə ağlayırsınız ki?

 

“Həmin ağır günlərimdə bir çox sənətçilər, qohumlar mənə təsəlliverici sözlər deyirdilər. Lakin gənc oğlumu itirdiyim üçün heç bir söz mənə təsir etmirdi. Bir xanım mənə yaxınlaşıb dedi ki, bizim şəhidlərimiz var, sən isə dənizdə boğulan oğlun üçün ağlayırsan, ixtiyarın var ağlamağa? Mən sözün həqiqi mənasında vətənpərvərəm, boğazdan yuxarı vətənpərvərlik edən insan deyiləm, vətənimi çox sevirəm! Bu söz məni tutdu! Bir anlıq düşündüm ki, oğlum dənizdə boğulub, amma başqalarının övladları vətən üçün şəhid olur. Oğlumun ölümünə ağlamaqdan utandım ki, camaatın balası vətən üçün şəhid olur, mənim oğlum isə suda boğulub”.

 

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
“Röya toyda oxuyanda qan su yerinə axdı”

“Röya toyda oxuyanda qan su yerinə axdı”

14158 2 Həftə Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun