Ölkədə yaranan maska qıtlığı

Paylaş
39 İzlənmə
1 Ay Öncə

Çində tüğyan edən və bütün dünyanı təşvişə salan dəhşətli koronavirus epidemiyası tibbi maskalara tələbatı artırıb. Dünyadakı maska qıtlığı fonunda ölkəmizdə tibbi maskaların qiyməti qaldırılıb.

 

ARB TV-nin “Günə doğru” verilişində məsələ ilə bağlı sujet yayımlanıb.

 

Sakin: “Satışa gətiriblər, satılmalıdır. Qiyməti elə ona görə qaldırıblar ki, güya xəstəlik var. Bu da bir növ biznesdir. Bəziləri bu virusdan yararlanıb maskaların qiymətini qaldırır, maskadan gəlir əldə etməyə çalışır”.

 

Eyyub Hüseynov – AİB-sədri: “Tələb artanda, həmişə qiymət qalxır, keyfiyyət aşağı düşür. Bu gün mənə 4 zəng gəlib regionlardan. Saatlıdan da bir zəng gəlib. Ümumiyətlə tibbi maskalar tapılmır. Və görünür bu tapılmamazlıq ona gətirəcək ki, tibbi maska alverçiləri meydana çıxacaq. Aptekdən kənar satılmalar meydana çıxacaq və s.”.

 

Bir neçə həftə əvvələ qədər 1 ədədi 5-10 qəpiyə satılan qoruyucu maskalar hazırda apteklərdə 3-4 dəfə baha satılır. Aptekçilər bunu ölkədə yayılmış qrip və dünyanı təşvişə salan koronavirusla izah edirlər. Azərbaycanda da Çindən gələnlərin karantinə alınması və həyəcanlı xəbərlər maskanın qiymətinə təsir edib.

 

Əczaçı ilə söhbət:

 

-         Qiymətlər bahalaşıb düzdür?

-         Əlbəttə bahalaşıb.

-         Nə qədər qalxıb qiymətlər?

-         50 qəpiyə, çünki əldə satanlar baha satır.

 

Rəşad Həsənov – İqtisadçı: “Koronavirusun artıq region ölkələrində ortaya çıxması və ölüm hallarının olması Azərbaycanda bu virusun yayılma riski birdən-birə kəskin şəkildə artıran faktor kimi çıxış edir. Bu da bazarda artıq qeyd edilən tibbi ləvazimatlara o cümlədən dərman məhsullarına tələbi artırır”.

 

Əksər apteklərdə isə nəyinki qiymət qaldırılıb, hətta tibbi maskaları tapmaq belə mümkün deyil. Son günlər tələbatın çox olması belə bir mənzərənin yaranmasına səbəb olub.

 

Rəşad Həsənov – İqtisadçı: “Dövlət büdcəsi tərəfindən Azərbaycanda tibbi ləvazimatların istehlakı var. Dövlət xəstəxanalarında. Hökumət müxtəlif formalarda əlində olan ehtiyatlardan istifadə edərək, onları ödənişsiz şərtlərlə müraciət edən vətəndaşlara təklif etməklə müəyyən qədər bazarda yaranmış bu təzyiqi neytrallaşdıra bilər”.

 

Qeyd edək ki, Nazirlər Kabineti bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair qərar verib.

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Azərbaycanda abort olunan məktəblilər: Erkən nikahların acı statistikası

Azərbaycanda abort olunan məktəblilər: Erkən nikahların acı statistikası

480 3 Həftə Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun