1 milyard avroluq muzey soyğununun görüntüləri yayıldı

Paylaş
584 İzlənmə
1 Ay Öncə

Almaniyanın Drezden şəhərində yerləşən və Avropanın ən qədim muzeylərindən olan Qrünez Qevölbe Muzeyində gerçəkləşdirilən 1 milyard avroluq tarixi əsər oğurluğunun görüntüləri yayılıb.

 

Qaynar TV xarici KİV-ə istinadən xəbər verir ki, elektrik sistemini yanğın törədərək məhv edən oğruların muzeyə giriş görüntüləri təhlükəsizlik kameralarına düşüb. Görüntülərdə oğruların əl fənərindən istifadə etdikləri, ziynət əşyalarının olduğu şüşə rəfləri qırdıqları və 3 kolleksiyanı oğurladıqları aşkar görünür. 

 

Oğruların 2 nəfər olduğu məlum olub. Muzeydəki əsərlərin 1723-1730-cu illərə aid olduğu bildirilib. Salonda qızıl, gümüş və digər dəyərli daşlardan. o cümlədən müxtəlif materiallardan hazırlanmış 3 min eksponat sərgilənirdi.

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Aygun Kazimova & Filipp Kirkorovdan gözlənilən klip - Jalma

Aygun Kazimova & Filipp Kirkorovdan gözlənilən klip - Jalma

202 3 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun