Ronaldo ilə Sarri arasında növbəti gərginlik

Paylaş
38 İzlənmə
4 Həftə Öncə

“Yuventus”un baş məşqçisi Mauritsio Sarri A Seriyasının XII turunda evdə “Milan”ı 1:0 hesabı ilə məğlub etdikləri oyunda Kriştiano Ronaldonu əvəzləməsinə aydınlıq gətirib.

 

Qaynar TV xəbər verir ki, italiyalı mütəxəssis matçın 55-ci dəqiqəsində portuqaliyalı hücumçunun yerinə qələbə qolunun müəllifi olan Paulo Dibalanı buraxmasını bu cür şərh edib: “Ronaldo oynamaq üçün əlindən gələni etdi. Ancaq gördüm ki, özünü yaxşı hiss etmir və onu əvəzləməyin daha yaxşı olacağını düşündüm. Ən yaxşısını ortaya qoyan bütün oyunçular əvəzləndiyi zaman əsəbləşir”.

 

Sarri ardıcıl ikinci oyunda Ronaldonu əvəzləyib. O, Çempionlar Liqasının qrup mərhələsinin IV turunda Rusiyada “Lokomotiv”i 2:1 hesabı ilə məğlub etdikləri görüşün 82-ci dəqiqəsində Ronaldonu meydandan çıxarıb.

 

Portuqaliyalı forvard hər iki halda əvəzlənməsindən narazı qalıb. O, “Lokomotiv”lə matçda baş məşqçinin əlini sıxmayıb, “Milan”la dueldə isə birbaşa paltardəyişmə otağına gedib.

 

Qeyd edək ki, Ronaldo sonuncu dəfə 2016-cı ilin mayında ardıcıl 2 oyunda əvəzlənib. O, ötən mövsüm cəmi 2 dəfə yerini komanda yoldaşına verib.

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Aygun Kazimova & Filipp Kirkorovdan gözlənilən klip - Jalma

Aygun Kazimova & Filipp Kirkorovdan gözlənilən klip - Jalma

112 2 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun