Evi tərk edən koronavirus xəstəsinə cinayət işi açıldı

Paylaş
664 İzlənmə
1 Ay Öncə

Sumqayıtda yaşadığı evi qanunsuz tərk edən daha bir aktiv koronavirus xəstəsi saxlanıb.

 

Daxili İşlər Nazirliyindən Qaynar TV-yə verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları şəhərin inzibati ərazisində yaşadığı evi qanunsuz olaraq tərk edən aktiv koronavirus xəstəsi aşkarlayıblar.

 

Məlum olub ki, aktiv koronavirus xəstəsi Sumqayıt şəhər 9-cu mikrorayonda yaşayan 1978-ci il təvəllüdlü Bağırov Rövşən Xürrəm oğludur. Dərhal əraziyə təcili tibbi yardım avtomobili çağırılıb.

 

Bağırov Rövşən Xürrəm oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə Cinayət işi açılıb. İstintaq tədbirləri davam etdirilir. Həmin şəxs polis nəzarətinə götürülüb.

 

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
CNN-in müxbiri canlı yayımda soyuldu

CNN-in müxbiri canlı yayımda soyuldu

2166 1 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun