UEFA AFFA-nın müraciətinə baxdı, Monika Mxitaryan cəzalandırıldı

Paylaş
1,743 İzlənmə
6 Ay Öncə

İtaliyanın "Roma” klubunda çıxış edən futbolçu Henrix Mxitaryanın bacısı və agenti, UEFA-da çalışan Monika Mxitaryan "Twitter”dəki paylaşımı ilə diqqət çəkib.

 

O, Dağlıq Qarabağla bağlı müxtəlif paylaşımlar edərək, guya həmin ərazilərin tarixi erməni torpaqları olduğunu iddia edib.

 

UEFA əməkdaşının belə yanaşması, ən azı Avropa futbol qurumunun əməkdaşları üçün mövcud olan daxili davranış qaydalarına zidd sayılmalıdır.

 

AFFA-nın müraciətindən sonra UEFA daxili araşdırmaya başlayıb və nəticədə, UEFA üzvü olan Monika Mxitaryan müvafiq paylaşımlarını silib.

 

Bundan başqa, Henrix Mxitaryanın özü də şəxsi sosial şəbəkə hesablarında dəfələrlə qondarma "Dağlıq Qarabağ Respublikası” barədə paylaşımları, separatçı rejimi tanımaq barədə dünya ictimaiyyətinə mesajlar ünvanlayıb.

 

AFFA bununla bağlı İtaliya Futbol Federasiyası, FIFA, UEFA və futbolçunun səfiri olduğu UNICEF təşkilatına müvafiq qaydada məktublar ünvanlanıb.

 

Daha ətraflı Baku TV-nin videosüjetində:

 

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
“O qədər sürətlidirlər ki, bacarmırıq... çox qorxuruq” – Erməni əsgərlər

“O qədər sürətlidirlər ki, bacarmırıq... çox qorxuruq” – Erməni əsgərlər

6209 6 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun