Bakıya təlimə gedirəm deyib Qarabağa döyüşə gedən Abdulla

Paylaş
353 İzlənmə
1 Ay Öncə

Daha bir hərbçi tarixçəmiz var. Ailənin yeganə oğlu, bacısının bircə qardaşıdır Abdulla. Yolunu həsrətlə gözləyən bir nişanlısı da var.

 

Qaynar TV Xəzər TV-yə istinadla xəbər verir ki, Həkəri çayında əl-üzünü yuyan zaman dostuna məni çəkmə anam elə bilir ki, Bakıdayam deyən qəhrəmanımızın videosu sosial şəbəkələrdə geniş yayılaraq, hər kəsin marağına səbəb oldu.

 

Əməkdaşlarımız balasının cəbhəyə yollandığından xəbərsiz olan ana, həmçinin, ailənin digər üzvləri ilə həmsöhbət olublar.

 

Bu gülərüz qəhrəmanımızın adı Abdulladır. Anası nigaran qalmasın deyə Bakıya təlimə gedirəm deyib evdən çıxsa da, birbaşa cəbhəyə,vətəni qorumağa yollanıb. Ana deyir ki, balasının üzünü uzun müddət sonra sosial şəbəkələrdə yayılan bu videoda görüb.

 

Abdulla Cəbrayıl həsrəti ilə dünyasını dəyişən babasının adını daşıyır. Onun yolunu səbirsizliklə gözləyənlər arasında nənəsi var.

 

Əslən Cəbrayılın Sultanlı kəndindən olan Abdulla 1 bacının yeganə qardaşıdır . Sağ-salamat gəl, igid. Sənin yolunu təkcə ailən yox, bütün Azərbaycan gözləyir!

 

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
“O qədər sürətlidirlər ki, bacarmırıq... çox qorxuruq” – Erməni əsgərlər

“O qədər sürətlidirlər ki, bacarmırıq... çox qorxuruq” – Erməni əsgərlər

6136 3 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun