Putinin hərəkəti fələstinliləri güldürdü

Paylaş
763 İzlənmə
1 Ay Öncə

Ərəb mediasında Rusiya prezidenti Vladimir Putin və Fələstin lideri Mahmud Abbas arasındakı Vifleemdə baş tutan görüşdən video yayılıb. 

 

Qaynar TV xəbər verir ki, görüntülər Məhəmməd Atik tərəfindən çəkilib. Videoda Putinin dəhlizdə getdiyini, bir zabitin furajkasının yerə düşdüyünü görməsi, əyilib götürməsi və qvardiyaçının başına qoyması görünür. Zabit hərəkət etmədən dayanmağa davam edir. Abbas və yaxınlıqda gedən nümayəndə heyətinin digər üzvləri gülümsəyirlər. Rusiya prezidentinin üzündə də təbəssüm görünür.

 

Bundan əvvəl Putin Abbasla görüşüb. Onlar "Əsrin müqaviləsi" və Fələstin-İsrail münaqişəsinin həllini də müzakirə edib. Abbas Putinə Fələstin xalqını dəstəklədiyinə görə təşəkkürünü bildirib. Rusiya lideri Abbası bu ilin may ayında qeyd oluanacaq Qələbə Günü tədbirlərində iştirak üçün Moskvaya səfərə dəvət edib.

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Azərbaycanlı müğənni “Google Russia”nın siması seçildi

Azərbaycanlı müğənni “Google Russia”nın siması seçildi

681 1 Həftə Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun