Ağdam şəhidini qürurlu ziyarət: “Ata, arzun yerinə yetdi”

Paylaş
189 İzlənmə
1 Həftə Öncə

“Ata, arzun yerinə yetdi. Uğrunda şəhid olduğun Ağdam rayonu işaldan azad olundu”.

 

Azər Arazov atası, Azərbaycanın Milli Qəhrəmanı Ənvər Arazovun qəbrinin ziyarətinə məhz bu sözlərlə başladı.

 

Bu gün hər bir azərbaycanlı kimi, Arazovlar ailəsində də sevinc yaşanır. Qələbə xəbəri, Ağdamın işğaldan azad olunması müjdəsi bu ailənin acısına qismən də olsa, məlhəm olub.

 

Məlumat üçün bildirək ki, ailənin ağsaqqalı olmuş Arazov Ənvər Talış oğlu 1992-ci ildə Ağdamın Sırxavənd kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. Keçdiyi şanlı döyüş yolunda göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

 

Milli Qəhrəmanımızın dostları deyir ki, şəhidlik ən uca zirvədir və hər kəsə nəsib olmur.

 

Qəhrəmanın döyüş yoldaşı Xəqani Cəfərovun sözlərinə görə, Ənvər Arazov döyüşkən, qorxmaz və əsl vətənpərvər insan olub.

 

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
“O qədər sürətlidirlər ki, bacarmırıq... çox qorxuruq” – Erməni əsgərlər

“O qədər sürətlidirlər ki, bacarmırıq... çox qorxuruq” – Erməni əsgərlər

6019 1 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun