“Canlı efirin ələ keçirilməsi”: Studiyaya maskalı silahlılar soxuldu

Paylaş
13 İzlənmə
5 Gün Öncə

Canlı efirdə qəfildən atəş səsləri eşidilib, studiyaya avtomatlarla silahlanmış maskalılar soxulub. Onlar qışqır-bağır salaraq hər kəsi təhdid edib, ardınca “atəş açıb” və bundan sonra aparıcı Nikolay Veresen yerə yıxılıb. Qorxmuş tamaşaçılar çaxnaşma içində gizlənməyə başlayıb.

 

Qaynar TV xəbər verir ki, bu olaylar Ukraynanın “Birbaşa” televiziya kanalının "Söz Azadlığına Hücum" marafonunun canlı efirində baş verib.

 

Sonra "xüsusi təyinatlılar” “haydı, tez ayağa qalx!” deyərək aparıcını ayağa qaldırıb və... onunla şəkil çəkdirməyə başlayıblar. Məlum olub ki, bu, sadəcə qurulmuş bir səhnədir.

 

“Sağ olun, hər kəsə gözəl efirlər”, - ayrılarkən “qəsbkarlar” deyib və staudiyanı tərk ediblər.

 

Geyimini səliqəyə salan Veresen unun zarafat olduğunu hələ də başa düşə bilməyən  tamaşaçılara nəzər salıb.

 

“Adamalara baxın, hamısı gizlənib”, - aparıcı gülərək deyib.

 

Xoşbəxtlikdən baş verən hadisə iştirakçılardan kimsənin halının xarablaşmasına səbəb olmayıb. Halbuki bu cür ”maska-şou”lar kiminsə infarktına da səbəb ola bilərdi.

 

Eks-prezident Petro Poroşenkonun olduğu hesab edilən “Birbaşa” telekanalı bu parçaları Yutub hesabında dərc edib.

 

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Aygun Kazimova & Filipp Kirkorovdan gözlənilən klip - Jalma

Aygun Kazimova & Filipp Kirkorovdan gözlənilən klip - Jalma

75 1 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun