"Elman Rüstəmov bu dəfə haqlıdır"

Paylaş
460 İzlənmə
4 Ay Öncə

"Mərkəzi Bankın sədri Elman Rüstəmov hazırda Azərbaycanda devalvasiya üçün zəmin olmadığını deyib. 2015-ci ildəki çıxışından fərqli olaraq bu gün onun haqlı olduğunu düşünürəm”. 
 
Bu sözləri iqtisadçı ekspert Rövşən Ağayev deyib. Onun sözlərinə görə, gələn ilin ilk aylarında devalvasiya gözlənilmir: "Hazırda işgüzar fəallığın, valyuta tələbinin səviyyəsinə, potensial olaraq xarici valyutaya çevrilə biləcək likvid manat yığımlarının miqyasına, kapital qaçışı üçün imkanlara, tədiyə balansının hazıkı göstəricilərinə baxdıqda vəziyyəti daha yaxşı analiz etmək mümkündür. Amma kimsə 3 və ya 6 aydan sonra stiuasiyanın necə ola biləcəyini də proqnozlaşdıra bilməz. Qlobal iqtisadiyyatda, eləcə də geopolitik səhnədə son dərəcə qeyri-müəyyən şərait hökm sürür. Pandemiyanın davametmə müddəti bu qeyri-müəyyənliyi artıran əsas səbəblərdən biridir”.

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
“O qədər sürətlidirlər ki, bacarmırıq... çox qorxuruq” – Erməni əsgərlər

“O qədər sürətlidirlər ki, bacarmırıq... çox qorxuruq” – Erməni əsgərlər

6209 6 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun