Ermənistan ordusu nə qədər itki verib? – Keçmiş səfirdən şok iddia

Paylaş
486 İzlənmə
3 Ay Öncə

"Ermənistan müxalifətinin Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq gücü yoxdur”.
 
Bunu Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan deyib. "Məndən tez-tez soruşurlar ki, Vazgen Manukyan baş nazir postuna ən ideal namizəddir və onun namizədliyini irəli sürən partiyalar nə qədər güclüdür? Bəs xalqdan dəstək alan müxtəlif niyə kifayət qədər güclü deyil? Deyə bilərəm ki, bu gün Ermənistanda vahid güc yoxdur, ya vətən xaininin tərəfindəsiniz, ya da ona qarşı mübarizə aparırsınız. Müxalifət-xalq münasibətləri siyasi sahəyə aiddir, bu gün gedən mübarizə isə siyasi deyil, hakimiyyət uğrunda deyil. Təəssüf ki, çoxları bu tələyə düşüb”, - Minasyan bildirib.
 
Keçmiş diplomat Ermənistan Baş naziri Nikol Paşinyanı "dəli” adlandırıb: "Hakimiyyəti qəsb edən, ölkəni təslim olmağa paran dəli ilə müxalifətin gücünün məntiqinə və alətlərinə görə mübarizə aparmırlar, əksinə, xain kimi mübarizə aparırlar. Ölkəni onlardan mümkün qədər erkən xilas etmək lazımdır”.
 
O, Paşinyanın xəyanəti nəticəsində savaşda 5 mindən çox erməni hərbçisinin həlak olduğunu, minlərlə insanın itkin düşdüyünü iddia edib. Mikael Minasyan hakimiyyət və müxalifətin vətən xainləri tərəfindən ələ keçirildiyini söyləyib. 

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
“O qədər sürətlidirlər ki, bacarmırıq... çox qorxuruq” – Erməni əsgərlər

“O qədər sürətlidirlər ki, bacarmırıq... çox qorxuruq” – Erməni əsgərlər

6188 5 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun