Makqreqor Serronu 40-cı saniyədə nokauta saldı

Paylaş
5,193 İzlənmə
1 Ay Öncə

İrlandiyalı UFC döyüşçüsü Konor Makqreqorla ikiqat UFC çempionu, amerikalı Donald Serron arasında döyüş baş tutub.

 

Qaynar TV xəbər verir ki, titul döyüşü olmayan UFC-246 Las-Veqasda keçirilib. Görüş 40-cı saniyədə Donald Serronun nokautu ilə başa çatıb.

 

Qeyd edək ki, 31 yaşlı Konor Makqreqor yarım-yüngül və yüngül çəki üzrə çempiondu. Bütün karyerası boyu 26 döyüş keçirib, onun 22-də qələbə qazanıb. Sonuncu dəfə rusiyalı idmançı Həbib Nurməhəmmədovla döyüşüb və uduzub.

 

Qaydasız döyüş üzrə veteran olan Serron karyerası boyu 51 dəfə vuruşub, 36 qələbə qazanıb, 14 məğlubiyyət yaşayıb. Onun bir matçının nəticəsi isə ləğv edilib. 

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Azərbaycanlı müğənni “Google Russia”nın siması seçildi

Azərbaycanlı müğənni “Google Russia”nın siması seçildi

679 1 Həftə Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun