Vətən müharibəsi iştirakçısı: "Minaatan mərmisi məni qaldırıb ağac kötüyünə çırpdı"

Paylaş
353 İzlənmə
5 Ay Öncə

Qırx dörd günlük Vətən müharibəsinin iştirakçıları təkcə bu günümüz üçün deyil, gələcək üçün də bitib-tükənməyən qəhrəmanlıq salnamələri yaradıblar.

 

“Report” xəbər verir ki, belə igidlərimizdən biri də Cəfərzadə Vüsal Azər oğludur. Onun keçdiyi maraqlı, vətənpərvərliklə dolu həyat yolu çoxlarına nümunə sayıla bilər.

 

Vüsal Cəfərzadə 1998-ci ildə Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində dünyaya göz açıb.

 

2004-cü ildə Pirşağı qəsəbəsində yerləşən 112 saylı tam orta məktəbə daxil olub. 2013-cü ildə 1 nömrəli Bakı Neft Peşə liseyində təhsil almağa başlayır.

 

2016-cı ilin iyul ayında hərbi xidmətə yollanır və kəşfiyyatçı ixtisasına yiyələnir. 2017-ci ildə hərbi xidməti başa vurduqdan sonra Bakıya qayıdır və satış məsləhətçisi kimi işləməyə başlayır.

 

Ailənin yeganə oğul övladı, iki bacının bir qardaşı olan Vüsalın hər gün işdən evə gələndə anası Nəzakət Cəfərovaya ünvanladığı ilk sual bu olub: “Ana, mənim üçün evə zəng vuran olub?"

 

2020-ci il sentyabrın 28-də səfərbərliyə çağırılan Vüsal təlim keçərək oktyabrın 6-sı yüksək döyüş əhval-ruhiyyəsi ilə Füzuliyə yollanır. Cəbrayıl və Hadrut döyüşlərində iştirak edir. Oktyabrın 22-si isə Xocavəndə yollanır. Oktyabrın 24- də Xocavənd uğrunda gedən döyüşlərdə fədakarlıqlar göstərir. Lakin döyüş zamanı 120 mm-lik minaatan mərmisi ilə yaralanıb.

 

O, qospitala yerləşdirilir və Vüsala sol çiynin küt travması diaqnozu qoyulur. Qəhrəmanımız fədakar həkimlərimizin sayəsində müalicə edilərək sağalır. İndi onun ən böyük arzusu düşmən tapdağından azad olan Şuşaya getməkdir.

 

Yeri gəlmişkən qeyd edək ki, Vüsalın atası da 1992-1993-cü illərdə birinci Qarabağ müharibəsində iştirak edib.

 

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
“O qədər sürətlidirlər ki, bacarmırıq... çox qorxuruq” – Erməni əsgərlər

“O qədər sürətlidirlər ki, bacarmırıq... çox qorxuruq” – Erməni əsgərlər

6249 8 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun