ABŞ-da etirazçlar şiddətləndi: Kütlə Ağ Evə daxil olmağa çalışır

Paylaş
58 İzlənmə
4 Ay Öncə

Vaşinqtonda ayağa qalxan etirazçılar afroamerikalı Corc Floydun öldürülməsinə etiraz olaraq Ağ Evin qarşısına toplaşaraq içəri daxil olamağa çalışır.

 

Qaynar TV xəbər verir ki, Gizli Xidmət binaya girişin qarşısını almağa çalışır. Bu barədə NBC News məlumat verib.

 

Etirazçılar metal qalxanların arxasında dayanmıəş polis və gizli xidmət əməkdaşlarına metal su şüşələri və digər əşyaları atırlar.

 

Aksiya iştirakçıları Kapitolu binasına üz tutandan təxminən bir saat sonra Ağ Evin ətrafındakı kordon qaldırılıb.

 

Qeyd edək ki, mayın 30-na keçən gecə ABŞ-ın bir sıra iri şəhərlərində Floydun qətli ilə bağlı etiraz və iğtişaşlar davam edib.

 

Beləliklə, Nyu Yorkda minlərlə insan “Barclays Center” idman arenası binasının qarşısına toplaşıb. “Reuters” xəbər verir ki, onlar polis kordonundan keçməyə çalışıb, bu zaman onlarla etirazçı həbs olunub.

 

Corc Floyd 25 mayda baş vermiş polis zorakılığından sonra Minneapolis xəstəxanasında vəfat edib. Floydu tutan polis məmuru Derek Şovin dizini onun boynuna sıxıb. Şovin mayın 29-da qətldə ittiham edilərək həbs olunub.

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
CNN-in müxbiri canlı yayımda soyuldu

CNN-in müxbiri canlı yayımda soyuldu

4315 3 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun