"Azərsu" Xırdalanda yolu bərbad hala saldı

Paylaş
502 İzlənmə
7 Ay Öncə

Abşeron rayonu, Xırdalan şəhəri Bəşir Səfəroğlu küçəsinin yolu bərbad hala salınıb.

 

Qaynar TV-nin xezerxeber.az-a istinadən məlumatına görə, sakinlər deyirlər ki, bir müddət əvvəl "Azərsu" ASC tərəfindən yolda qazıntı işləri həyata keçirilib. İş yarımçıq qaldığından yol keçilməz vəziyyətə düşüb. Məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət də olunub. Ümumiyyətlə, bu yolda qışda palçıqdan, yayda toz-torpaqdan keçmək mümkün deyil.

 

Mövcud vəziyyətlə bağlı Xırdalan şəhər icra nümayəndəsi Rafiq Yusubov bildirib ki, şəhər ərazində yolların abadlaşdırılması istiqamətində "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi tərəfindən işlər görülür. Bəşir Səfəroğu küçəsində yolların bərbad vəziyyətə salınmasından da xəbərləri var.

 

"Azərsu" ASC-nin layihə icraçısı İsmayıl Abbasov isə "Xəzər Xəbər"ə bildirib ki, ərazidə işlər karantinə görə dayandırılıb. Sakinlərin haqlı narazılığına səbəb olan problem isə karantin rejimi bitdikdən sonra öz həllini tapacaq.

 

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
“O qədər sürətlidirlər ki, bacarmırıq... çox qorxuruq” – Erməni əsgərlər

“O qədər sürətlidirlər ki, bacarmırıq... çox qorxuruq” – Erməni əsgərlər

6143 3 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun