Ermənilər Tərtərdə məktəbə top mərmisi atıb

Paylaş
197 İzlənmə
4 Gün Öncə

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələrinin bölmələri ötən gecə - oktyabrın 17-də Tərtər rayonu ərazisini növbəti dəfə atəşə tutub.

 

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

 

Düşmənin növbəti dəfə atdığı top mərmisi şəhər ərazisində yerləşən tam orta məktəbinin qarşısına düşüb.

 

Məktəb direktoru qeyd edib ki, oktyabrın 17-si saat 21 radələrində düşmən şəhər ərazisini atəşə tutub: "Mərminin biri məktəbin qarşısına düşüb. 10-dan çox sinif otağına ziyan dəyib. Otaqların pəncərələri sınıb, divarlar dağılıb".

 

Qeyd edək ki, humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 17-də Tərtər rayonu ərazisini növbəti dəfə atəşə tutması nəticəsində bir neçə evə ziyan dəyib.

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Qarabağda ordumuza qarşı döyüşən erməni federasiya prezidenti məhv edildi

Qarabağda ordumuza qarşı döyüşən erməni federasiya prezidenti məhv edildi

482 7 Saat Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun