Alıcılar hə, satıcılar yox deyir: Dövlət qurumları qiymət artımına nə deyir?

Paylaş
74 İzlənmə
3 Ay Öncə

Alıcıların sözlərinə görə, bu günlərdə ərzaq mallarına tələbatın artması qiymətlərə təsir göstərib.

 

Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.

 

Alıcı: “Qiymətlərdə artım var. Hərəsində 10-15-5 qəpik var”.

 

Eyyub Hüseynov – AİB-in sədri: “Azad bazar iqtisadiyyatıdır. Bazar tələb-təklif aksiomu ilə işləyir. Əgər tələbat artarsa, əlbəttə qiymətlərin artması baş verə bilər. Bir sıra malların artıq qiyməti artıb. Ona görə də yerli istehsalçılar gərək bazardakı bu vəziyətdə daha fəal iştirak etsinlər. Hökumət iş görməlidir ki, mümkün olan rüsumlar aşağı düşsün. Bazarda bolluq yaransın və s.”.

 

Amma qarşı tərəf hər hansı qiymət artımının olmadığını bildirir.

 

Fərhad Fərhadlı – Market müdiri: “Heç bir qiymət artımı yoxdur marketlərdə. Əvvəlki qiymətlərdir. Qiymət artımı hələ ki, gözlənilmir. Endirimlər var, amma hələ ki, qalxım yoxdur”.

 

Marketlərin ərzaq məhsullari ilə təminatına gəlincə, son günlər tələbat artsa da, hələlik qıtlıq yoxdur.

 

Bəli, vitrinlər kifayət qədər müxtəlif növ ərzaqlarla təmin olunub. Bunun qarşılığında alıcıların intensivliyi də var. Bəli, alıcılar aldıqca, vitrinlər yeni ərzaqlarla təmin olunur, doldurulur.

 

Alıcı: “Hələ ki, istədiyim bir şeyi tapmadığım olmayıb. Lazım olan hər bir şey yerində var”.

 

Fərhad Fərhadlı – Market müdiri: “1-2 gündən sonra fövqəladə vəziyyət elan olunacaq deyirlər. Onun üçün biraz alıcı çoxdur bu günlərdə. Depomuzda da, vitrinlərimizdə də kifayət qədər ərzaq var. Tədarükçülər də vaxtı-vaxtında malı çatdırır”.

 

Şahin Ağayev – İN yanında ASİHMDX-nın şöbə müdiri: “Ticarət obyektlərində kifayət qədər mal var və onların təhcizatında hər hansı bir çətinlik yoxdur. Və istehlakçılar istədikləri ticarət obyektlərindən öz zövqlərinə uyğun olaraq malları, o cümlədən xüsusilə qeyd edirem ki, ərzaq məhsullarını seçib ala bilərlər”.

 

Vətəndaşlara qarşılaşdıqları qiymət artımı barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri tövsiyyə olunur.

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
CNN-in müxbiri canlı yayımda soyuldu

CNN-in müxbiri canlı yayımda soyuldu

1297 1 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun