“Reinkarnasiya”da “Məryəm surəsi”ndən parça: "Leyli qızını görmədən öldü" (VİDEO)

Paylaş
494 İzlənmə
3 Ay Öncə

Bu, şıltaq karantinli günlərdə nə yüzlərlə film izləyə bildim, nə də kitablar oxuya.

 

Nə səbrim çatdı, nə də vaxtım. Bircə, oxumağa üç-dörd ay əvvəl başladığım "Məryəm surəsi"ni bitirə bildim. 

 

Əsər haqqında nə tənqid, nə tərif, nə də təklif yağdırmaq fikrim var. 

 

Əsər özü "sən"i, "mən"i, "o"nu tərif də edir, tənqid də, təklif də. 

 

"Leyli qızını görmədən öldü". Bura qədər oxuyub kənara qoymuşdum kitabı. 

 

Leylinin ölümünə kədərlənib üçünü, yeddisini, qırxını gözləmişdim. Sonra yenə davam etmişdim. Və nəhayət, bitirəndən sonra əmin oldum ki, Pərviz Cəbrayılın belə ikiqat, çəlimsiz olması, yaddaşının parçalanmağının səbəbi məhz “Məryəm”dir... 

 

“Məryəm” Pərviz Cəbrayılın canından, qanından yeyə-yeyə böyüyüb. 

 

Azadlığın peyvəndidir "Məryəm surəsi". 

 

Yeyimcil əsər bütün dadlı adamları dadacaq bir gün! 

 

Nuş olsun, "Məryəm surəsi"!

 

“Məryəm surəsi”ndən bir parçanı təqdim edirik:

 

Anar Adil

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
CNN-in müxbiri canlı yayımda soyuldu

CNN-in müxbiri canlı yayımda soyuldu

1295 1 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun