Kobenin ölümünə səbəb olan helikopterin pilotunun səsyazısı yayıldı

Paylaş
459 İzlənmə
3 Həftə Öncə

Kobe Braytın olduğu helikopteri idarə edən pilotun səsyazısı üzə çıxıb.

 

Qaynar TV "The Sun" nəşrinə istinadən xəbər verir ki, səsyazısında pilot Ara Zobayana alçaqdan uçması ilə bağlı xəbərdarlıq edilib. Lakin onun hava şərtlərinə məhəl qoymaması və alçaqdan uçuş etməsi səbəbindən radarlarda helikopterin yeri tam şəkildə görünməyib. Bildirilir ki, qəza da məhz pilotun xəbərdarlıqlara məhəl qoymaması nəticəsində baş verib.

 

Qeyd edək ki, ötən gün baş vermiş helikopter qəzasında əfsanəvi basketbolçu Kobe Brayt və 13 yaşlı qızı da daxil olmaqla 5 nəfər həyatını itib.

 

Braytın ölümündən sonra 2012-ci ildə onun helikopter qəzasında öləcəyini iddia edən DotNosonun ironiyalı paylaşımı da gündəm olub. Lakin mütəxəssislər Carbon adlı proqram vasitəsilə bu tip tvitlərin yazıla biləcəyini, bu səbəbdən də sözgedən tvitin saxta olduğunu iddia edirlər.

 

Kobe ilə bağlı digər maraqlı bir hadisə isə onun barəsində çəkilmiş cizgi filmi olub. Burada Kobe 28 dekabr 207-ci ildə helikopter qəzasına düşür. Lakin cizgi filmi proqnoz deyil, sadəcə ironiya kimi qəbul edilir. Çünki orada Kobe hər tərəfə helikopterlə gedir.

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Azərbaycanlı müğənni “Google Russia”nın siması seçildi

Azərbaycanlı müğənni “Google Russia”nın siması seçildi

659 6 Gün Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun