Aygün Kazımovanın şəhidlərimizə klip həsr etdi

Paylaş
1,470 İzlənmə
2 Ay Öncə

Xalq artisti Aygün Kazımova “Əsgər marşı” adlı yeni klipini təqdim edib.

 

Qaynar TV xəbər verir ki, Kazımova bu layihəsini şəhid olmuş general-mayor Polad Həşimovun timsalında bütün şəhidlərə həsr etdiyini deyib:

 

“Bu gün bizim igid generalımız, vətən uğrunda canından keçmiş Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin şəhidlik zirvəsinə yüksəlməsindən 40 gün ötür. Ağır, həm də qürurlu bir gündə sizə yeni “Əsgər marşı” adlı layihəmi təqdim edirəm. Bu layihəni, başda generalımız və polkovnikimiz olmaqla, bütün şəhidlərimizə ithaf edirəm.”

 

Klipə ekran həyatı verən isə Hacı Nuranın rəhbərlik etdiyi “HN” media və rejissor Rəşad Həsənov olub.

 

Ekran işi Daxili İşlər Nazirliyinin dəstəyi ilə hərbi hissədə, əsgərlərlə bərabər çəkilib.

 

Klipdə Aygün Kazımovanın hərbi forma geyinməsi və silahdan istifadə etməsi də diqqətdən yayınmayıb.

 

“Əsgər marşı” Xalq artistinin rəsmi "YouTube" kanalında təqdim olunub.

 

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Qarabağda ordumuza qarşı döyüşən erməni federasiya prezidenti məhv edildi

Qarabağda ordumuza qarşı döyüşən erməni federasiya prezidenti məhv edildi

1447 6 Gün Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun