Türkiyədə "paralel dünyaya” sirli qapı tapıldı

Paylaş
4,212 İzlənmə
1 Ay Öncə

“Nathaniel Rosales” adlı bir Facebook istifadəçisi "sirli qapı" adlandırdığı tapıntısını sosial şəbəkə istifadəçiləri ilə bölüşüb.

 

Qaynar TV xəbər verir ki, Mersin dağının (Türkiyə) yamacında yerləşən bu görüntü qayaya oyulmuş təxminən bir metr yarımdan iki metrə qədər diametrli bir dairədir. Dairənin birindən daha kiçik olan o biri dairəyə bir xətt uzanır... 

 

Bəzi istifadəçilər bu dairənin texnogen forması olduğunu irəli sürüb. Təbiətin bu kimi bir şey yarada bilməsi ehtimalı azdır. Burada birmənalı şəkildə şüurlu varlığın əli hiss olunur.

 

Bəzi şərhçilər bu formanın çoxillik, bəlkə də minillərlə mövcud olduğunu düşünür. Ufoloqlar dünyanın müxtəlif yerlərində bu günə qədər tapılmış rəsmlərlə bu dairə arasında bəzi oxşarlıqların olduğunu müəyyən edib. Bu tip görüntülərə ən çox İngiltərədə rast gəlinib. Bənzər bir nümunə 16 aprel 2017-ci ildə İngiltərədə Viltşir qraflığının Çerhill kəndində tapılıb.

 

Ufoloqlar dairələrin bir növ yad sivilizasiyaların nümayəndələri tərəfindən istifadə olunan "heroqliflər" olduğuna inanırlar. Onlar rəsmlər vasitəsilə bir-birinə mesajlar ötürürlər. Bəlkə də bu “heroqlif” özündə bizə məlum olmayan gizli, müəmmalı bir mənanı gizləyir, yəni hansısa səbəbdən daha uzunömürlü olması üçün qayalara oyula bilərdilər. Ancaq sual yaranır: kimin üçün? Çox güman ki, Yer üzündən uzun müddət aralı düşmüş və bir gün geri qayıdacaq hansısa insan üçün, - ufoloqlar belə qənaətə gəliblər.

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
“Röya toyda oxuyanda qan su yerinə axdı”

“Röya toyda oxuyanda qan su yerinə axdı”

14158 2 Həftə Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun