Bölgələrdən Bakıya üz tutan sərnişinlərin sayı artır: Kifayət qədər avtobus var?

Paylaş
246 İzlənmə
1 Ay Öncə

Bu gündən etibarən bölgələrdə avtovağzallardan və avtostansiyalardan Bakıya gələnlərin sayında artım olacaq.

 

Qaynar TV-nin "Xəzər TV"yə istinadən məlumatına gör, Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən bildirilib ki, ölkənin 56 avtovağzal və avtostansiya kompleksində gücləndirilmiş iş rejimi davam edir. Bayramın son günlərində sıxlıq yaşanan region avtovağzalları ehtiyat avtobuslarla təmin ediləcək

 

Qurumdan həmçinin bildirilib ki, süni qiymət artımına da ciddi nəzarət ediləcək.

 

Bakı Beynəlxalq Avtovağzalı Kompleksinin sözçüsü Pərvin Məmmədova isə deyib ki, dekabrın 25-dən etibarən bu günə qədər bölgələrə 100 mindən artıq sərnişin daşınıb. Buna görə də bölgələrdən Bakıya kifayət qədər insanın üz tutacağı gözlənilir.

 

Həmçinin o da bildirilib ki, ehtiyac olan bütün avtovağzal və avtostansiyalar əlavə avtobuslarla təmin ediləcək.

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Azərbaycanlı müğənni “Google Russia”nın siması seçildi

Azərbaycanlı müğənni “Google Russia”nın siması seçildi

656 5 Gün Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun