“Nazirin dediyi 80 min iş yeri real ola bilər, bəs bağlanan iş yerləri?..”

Paylaş
408 İzlənmə
7 Ay Öncə

"Çox yaxşı olardı ki, cənab nazir açılan iş yerləri ilə yanaşı, qapadılan yerlər və nə qədər insanın işsiz qalması ilə bağlı da ətraflı məlumat verərdi".
 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli iqtisadiyyat naziri Mikayıl Cabbarovun "pandemiya dövründə Azərbaycanda təxminən 80 min yeni iş yeri açılıb" fikirini şərh edərkən deyib. Ekspert 80 min iş yerinin açılmasının mümkün olduğunu bildirib:
 
 
"Təxminən 50 minə yaxın sosial iş yerləri açılıb. Aşağı maaşlı, minimum  əmək haqqı 250 manatlıq iş yerlərinin açılması ilə bağlı qərar verilmişdi. Amma problem başqadır. Nə qədər iş yerləri bağlanıb? Bu haqda heç bir hesabatda hər hansı fikir səsləndirilməyib. Qəribə olan budur. Çünki pandemiya dövründə 10 minlərlə insan işsiz qaldı. Hətta rəsmi rəqəmlərə görə işsizlik sayında ciddi artım var. Pandemiyadan əvvəl rəsmi işsizlik sayı 90 min idi. Amma nə qədər işsizliklə bağlı məlumat verildi? 600 min... Hansı ki, bu gün 600 min insana işsizliklə bağlı müavinət verilir". 
 
Natiq Cəfərli işsizliyin sayında kifayət qədər artım olduğunu qeyd edib.
 

 

Qeyd edək ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov "Azərbaycanda Xarici Biznes 2020" hesabatının rəsmi təqdimatında çıxış edib. Nazir çıxışında martın əvvəlindən indiyədək pandemiya dövründə Azərbaycanda təxminən 80 min yeni iş yeri açıldığını vurğulayıb.

 

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
“O qədər sürətlidirlər ki, bacarmırıq... çox qorxuruq” – Erməni əsgərlər

“O qədər sürətlidirlər ki, bacarmırıq... çox qorxuruq” – Erməni əsgərlər

6262 9 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun