30 ildən sonra Şuşada ilk konsert proqramı

Paylaş
498 İzlənmə
7 Ay Öncə

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzinin Şuşada hərbçilər üçün təşkil etdiyi ilk konsert proqramının videogörüntüləri paylaşılıb.

 

Qaynar TV xəbər verir ki, konsert proqramında Azərbaycanın tanınmış sənətçiləri iştirak edib.

 

Əvvəlcə xanəndələr Mirələm Mirələmov və Təyyar Bayramov Şuşa məscidinin minarələrindən azan səsləndiriblər.

 

30 ildən sonra ilk dəfə Şuşada, Cıdır düzündə “Bayatı-şiraz” dəstgahı oxunub. Konsert bir sıra mahnıların ifa olunması ilə davam edib.

 

Qeyd edək ki, dekabrın 23-də DTX-nin Şuşa rayon idarəsinin yeni inzibati binasının təntənəli açılışı olub. Tədbirdə DTX-nin rəisi, general-polkovnik Əli Nağıyev, Xidmətin kollegiya üzvləri, Şuşa Rİ-nin əməkdaşları, digər hüquq-mühafizə orqanlarının və ərazi üzrə qarnizonun yüksək rütbəli zabitləri iştirak ediblər.

 

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
“O qədər sürətlidirlər ki, bacarmırıq... çox qorxuruq” – Erməni əsgərlər

“O qədər sürətlidirlər ki, bacarmırıq... çox qorxuruq” – Erməni əsgərlər

6263 9 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun