Paşinyan yol xəritəsini təqdim etdi və 6 ay vaxt istədi

Paylaş
728 İzlənmə
1 Həftə Öncə

Ermənistan baş naziri Nikol Paşinyan ölkədə vəziyyətin sabitləşdirilməsi planını təqdim edib.
 
Qaynarinfo xəbər verir ki, Paşinyan Facebook səhifəsində "yol xəritəsini” təqdim etməklə yanaşı, ona 6 ay vaxt lazım olduğunu yazıb. 
 
15 maddədən ibarət "yol xəritəsi”ndə Silahlı Qüvvələrin islahatı; Qarabağa dair danışıqlar prosesinin ATƏT-in Minsk Qrupu həmsədrləri formatında bərpası, Qarabağın statusuna və Dağlıq Qarabağdan olan qaçqınların öz evlərinə qaytarılmasına diqqətin yönəldilməsi, Dağlıq Qarabağda və Ermənistanda ziyan dəymiş evlərin və infrastrukturun bərpası və s. məsələlər əksini tapıb. 
 
Həmçinin, Paşinyan iqtisadi və siyasi islahatların da aparılacağını vəd edib. 
 
Qeyd edək ki, dünən işğaldan azad olunmuş rayonlara səfər edən Prezident İlham Əliyev bir daha ermənilərə Azərbaycan daxilində hər hansı statusun verilməyəcəyini deyib. Dövlət başçısı bildirib ki, Azərbaycan bütöv ölkədir, ermənilər orada digər azlıqların nümayəndələri kimi yaşaya bilər.

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
“O qədər sürətlidirlər ki, bacarmırıq... çox qorxuruq” – Erməni əsgərlər

“O qədər sürətlidirlər ki, bacarmırıq... çox qorxuruq” – Erməni əsgərlər

6019 1 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun