Açıq-saçıq klipi ilə öyünən Lətifə: “Rəqibim yoxdur”

Paylaş
17 İzlənmə
1 Həftə Öncə

“Damlanı və Şəbnəmi dinləmirəm”

 

ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi müğənni Lətifə Soyuöz olub.

 

Vokal ifaçısı bəzi həmkarlarını məsxərə etdi:

 

“Bir çox xarici səfərlərə gedib konsertlər vermişəm. Xarici səfər deyəndə mən toyları nəzərdə tutmuram. Mənim getdiklərim dövlət tədbirləridir. Trenddə olan musiqini xaricə aparsaq, mən inanmıram ki, orada o mahnını dinləyən olsun. Ona görə də trendə çox da inanmıram. Damla, Şəbnəm Tovuzlu və Vəfa Şərifovanı dinləmirəm. Mənim janrım deyil. Bu yaxınlarda Şəbnəm xanım məni şoka saldı. Saz ifası, daha sonra muğam ifasını eşitdim. Amma, o da bu gün tələbata görə davranır. Mən gündəmdə deyil, tarixdə qalmağa çalışıram. Janr baxımından rəqibim yoxdur”.

 

İfaçı həmçinin “Sınaq” adlı mahnısına çəkdirdiyi açıq-saçıq klipdən də danışdı:

 

“Bu klip viziyonu geniş olan insanlar üçün çəkilib. Peşəkarlarla çalışıram deyə onların mənə hazırladıqları kostyumlara da inanıram. Çalışırıq ki, bizə yaraşan bir şey olsun”.

 

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Aygun Kazimova & Filipp Kirkorovdan gözlənilən klip - Jalma

Aygun Kazimova & Filipp Kirkorovdan gözlənilən klip - Jalma

205 3 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun