Fermerlər: “Yerli karbamid qiymət və keyfiyyət baxımından üstündür”

Paylaş
524 İzlənmə
7 Ay Öncə

Karbamid azot gübrəsidir, onun tərkibində 46% azot elementi var. Azot zülalların tərkibinə daxildir. O çatışmadıqda yaşıl kütlənin əmələ gəlməsi ləngiyir, bitkilər pis böyüyür, yarpaqları solğunlaşır və saralır.

 

Azərbaycanda bu ildən başlayaraq karbamidin istehsalı həyata keçirilir. Karbamid Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıt Kimya Sənaye Parkında yerləşən və illik istehsal gücü 650-660 min ton olan Karbamid zavodunda istehsal olunur. Karbamid zavodu bu il yanvarın 16-da istifadəyə verilib.

 

Zavodun məhsulu ixrac olunmaqla yanaşı, daxili bazara da yönəldilir. Artıq Azərbaycan fermerləri daxildə istehsal olunan karbamiddən istifadə etməyə başlayıblar.

 

Kürdəmir rayonunun Qarabucaq kəndindən olan fermer Seymur Bünyadov “Report”a bildirib ki, yerli karbamid qiymət və keyfiyyətinə görə fərqlənir:

 

“Əvvəllər nitroammofoska, ammofos gübrələrindən istifadə edirdik. Bu ildən SOCAR-ın Sumqayıtda istehsal etdiyi karbamid gübrəsindən istifadə edirik. Bu məhsulun keyfiyyətini yoxlamışıq, çox yüksək səviyyədə nəticə görmüşük. Yerli karbamidin qiyməti də digərlərindən sərfəlidir. Bir kisə ammofosun qiymətinə 3 kisə karbamid gübrəsi almaq olur. Bu kəndçi üçün əlverişlidir”.

 

Fermer yerli karbamidin əlçatanlıq baxımından da üstünlüyünü qeyd edib: “Digər gübrələr idxal olunduğuna görə müəyyən vaxta çatdırılırdı, amma Sumqayıtda istehsal olunan bu gübrə qısa müddətə əldə olunur. Bundan başqa, məhsul anbarlarda qalıb daşlaşmır, qalıqlar olmur”.

 

O, yerli karbamidin istifadəçisi kimi digər fermerlərə ondan istifadəni məsləhət görür.

 

Kürdəmir rayonunun Şilyan kəndindən olan fermer Hilal Xankişiyev də bildirib ki, yerli karbamidin istifadəsi məhsuldarlığı artırıb.

 

“Ötən illərdə xaricdən gətirilən gübrələrdən istifadə olunurdu. Xaricdən idxal olunan gübrə baha idi, fermerə sərf etmir, əkinin maya dəyərini ödəmirdi.Artıq karbamid gübrəsi ölkədə istehsal olunur. Onun istifadəsinə başlamışıq. Bu gübrə həm qiymət, həm də keyfiyyət baxımından üstündür”.

 

“Azər Aqro” MMC-nin icraçı direktoru Qalası Məmmədov qeyd edib ki, yerli karbamid çox keyfiyyətlidir: “Sovet dönəmində də karbamid gübrəsindən istifadə olunub. Amma həmin gübrələr MDB ölkələrindən alınırdı. Özümüzün istehsalımız yox idi. Hazırda ölkədə yüksək keyfiyyətli karbamid istehsal olunur. Əvvəl aldığımız gübrənin tərkibində 44% azot elementi var idisə, yerli karbamiddə bu 46,3% təşkil edir. Bu da məhsulun yüksək keyfiyyətli olmasını göstərir. Bu karbamidi həm əkin şəraitində, həm də yemləmə şəraitində istifadə etmək olar”.

 

O, qiymət baxımından da yerli karbamidin üstünlüyünü vurğulayıb. “Ammofos gübrəsi 15 manata başa gəlirsə, öz istehsalımız olan karbamid dəfələrlə ucuzdur. Bu həm əkinçilər, həm iri fermer təsərrüfatları üçün sərfəlidir. Bizim 2 800 hektar əkin sahəmiz var, 2000 hektar əkilib və bu sahənin 50% hissəsində karbamiddən istifadə etmişik”.

 

Q. Məmmədov məhsulun alışının da rahat olduğunu qeyd edib: “Karbamidin alışında da çətinlik yoxdur. Sənədləri lizinqə təqdim edirik, hətta ehtiyac olarsa, məhsul sahəmizdə təhvil verilir”.

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
CNN-in müxbiri canlı yayımda soyuldu

CNN-in müxbiri canlı yayımda soyuldu

932 1 Həftə Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun