“Artıq qeyri-leqal işçilər olmayacaq” - Xüsusi icazə problemi gündəmdə

Paylaş
841 İzlənmə
1 Ay Öncə

Bir neçə gündür ki, məhdudiyyətləri aradan qaldırılan sahələrdə işləyən şəxslər pandemiyadan öncəki qaydada fəaliyyət göstərə bilmirlər. Nazirlər kabinetinin qərarında bununla bağlı xüsusi bənd olmasa da, işçilər öz iş yerlərinə yalnız xüsusi icazə əsasında gəlməsi tələb olunur.

 

Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.

 

Rəsul Seyidəliyev – Usta: “Sms-lə icazə alıb gəlib işlərimi görüb qayıdıram. Fiziki şəs olduğumdan icazə ala bilmirəm”.

 

Mahir Abbaszadə - Milli Məclisin deputatı:  “Hansı sahələrə icazə verilibsə, o sahədə çalışan şəxslər Nazirlər Kabineti yanında  Operativ qərargahın qəbul etdiyi onlayn sistemə əməl edərək, oradan özlərinə icazə alaraq fəaliyyətlərini davam etdirə bilərlər”.

 

Artıq bəzi obyektlər var ki, onlar öz işçilərinə elektorn icazlərə alaraq fəaliyyətə başlayıb. Amma əksər xidmət sahəsində icazə ilə bağlı problemlər qalmaqdadır.

 

Hamlet Bağışov - Obyekt sahibi: “Müştəri azdı, amma çalışırıq ki, dükan açıq olsun. İşçilər də icazə ilə gedib-gəlir. ASAN xidmətdən icazə almışıq”.

 

Mütəxəssislər deyir ki, hüquqi şəxslərdə elektoron imza ilə bağlı problem olmasa da, fikizi şəxs, kiçik sahibkarlıq subyektlərində icazə ilə bağlı problem yaşanır.

 

Cavid Cəfərov - Hüquq eksperti: “Fərdi sahibkar öz işçilərini rəsmi qeydiyyata aldırıbsa, onlar sosial sığorta ödəyiciləridirsə, təbii onları da öz işçisi kimi elektorn imza ilə icazə ala bilər”.

 

Ekspertlər deyir ki, bu qaydaların tətbiqi sanitar normalın qorunması ilə yanaşı , post pandemiya dövründə sahibkarlıq subyektlərinin şəffaflaşdırılması üçün vacibdir.

 

Cavid Cəfərov - Hüquq eksperti: “Pandemiya dövründə müəyyən olunmuş qaydalar davam edəcək. Artıq qeyri-leqal işçilər olmayacaq. İstər sahibkarlar, istərsə də işçilər, əmək müqaviləsi olmadan işləmk marağında olmayacaq”.

 

Elektoron icazələr yaxın günlərdə iş rejimini bərpa edəcək digər xidmət sahələrinə də şamil ediləcək.

 

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
“Röya toyda oxuyanda qan su yerinə axdı”

“Röya toyda oxuyanda qan su yerinə axdı”

14158 2 Həftə Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun