Postlarda tibb məntəqəsi quraşdırıla bilər

Paylaş
229 İzlənmə
6 Gün Öncə

Karantin rejim qaydaları sərtləşdirilən 9 şəhər və rayona kənar regionlardan gələnlər və xüsusi icazəsi olmayan şəxslər buraxılmır. Məcbur qalan vətəndaş da çıxış yolunu, qaydaları pozaraq, müxtəlif yollarla istədiyi ünvana getməyə çalışır. Eyni zamanda yay tətili və məzuniyyət günlərində bu giley daha çox artıb.

 

Məsələ ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramı maraqlı süjet hazırlayıb.

 

Təklif olunur ki, həmin postlarda stasionar tibbi məntəqə yaradılsın, digər rayon, şəhər sakinləri həmin postlarda yoxlandıqdan sonra şəhərə və rayonlara buraxılsın.

 

Elməddin Muradlı – Ekspert: “Sənədlərini yoxlamaq üçün vaxtda təzyiqi, temperaturu ölçmək də olar. Bu daha tez başa gəlir, nəinki sənəd yoxlamaq. Qeydiyyatın aparmaq lazımdır, xəbərdarlıq etmək lazımdır”.

 

Amma tibb işçiləri fərqli fikirdədilər. Növbədə, maşının içərisində və isti havada bunun effekt verməyəciyini qənaətindədirlər.

 

Nahid Məhərrəmli - Həkim: “Elə ola bilər ki, adamın hərarəti olub, 3 gün, 4 gün ərzində dərman atıb, temperaturu düşüb və bu gün postu keçə bilib. Amma bəlkə də koronavirus xəstəsidi, pnevmaniya daşıyıcısıdır. Bu virusu yaya biləcək bir adamdır. Məncə, məsləhət deyil”.

 

Operativ qərargahın brifinqində danışan BDYPİ-nin şöbə rəisi Kamran Əliyev postlarda tibbi məntəqələrin yalnız xəstələri müayinə üçün yaradıla biləcəyini deyib.

 

Kamran Əliyev - BDYPİ-nin rəsmisi: “Belə hallarda tətbiq etmək olar. O işin xeyrinə olar. Yəni, orda da ola bilsin ki, hərarətlə hərəkət edən insan ola bilər. Onunla bağlı da tibb müəssəsinə məlumat vermək olar”.

 

Elməddin Muradlı - Ekspert: “O postlarda tibbi personal yaradıla bilər. Növbəli şəkildə bunu həyata keçirmək olar. Postlarda çadır formasında məntəqə yaradıla bilər”.

 

Amma bu təklifin gerçəkləşməsi üçün Operativ qərargahın xüsusi qərarı olmalıdır.

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
CNN-in müxbiri canlı yayımda soyuldu

CNN-in müxbiri canlı yayımda soyuldu

491 1 Gün Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun