Xanım müğənni Bakıda ağır yol qəzasına düşdü

Paylaş
4,901 İzlənmə
1 Həftə Öncə

Mayın 19-da gecə saatlarında Bakının Nizami rayonunun Babək prospektində ağır yol qəzasına səbəb olan xanım sürücünün kimliyi məlum olub.

 

Qaynar TV baku.ws-ə istinadən xəbər verir ki, bu, səhnə adı Nəfəs olan (Günel Məmmədli) tanınmış müğənnidir.

 

Nəfəs idarə etdiyi "Chevrolet" markalı avtomobili "Toyota" və "Lexus" markalı avtomobillərə çırpıb.

 

Qəza nəticəsində avtomobillərə ciddi zərər dəysə də, xəsarət alan olmayıb.

 

İfaçı qəza ilə bağlı ancaq bu sözləri deyib: "Bu gün hiss etdiklərim və yaşadıqlarımı tək kəlmə ilə belə ifadə edərdim: Allah böyükdür".

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
“Röya toyda oxuyanda qan su yerinə axdı”

“Röya toyda oxuyanda qan su yerinə axdı”

14118 2 Həftə Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun