Yardımlıda narkotik əməliyyatı: 7 kq heroin və odlu silah ələ keçirildi

Paylaş
557 İzlənmə
5 Ay Öncə

Yardımlı sakinindən külli miqdarda narkotik vasitə odlu silah aşkarlanıb.

 

Bu barədə Qaynar TV-yə DİN-dən məlumat verilib.

 

Belə ki, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Gavran kənd sakinləri Cəbrayıl Yusibov və Zamin İbrahimov Yardımlı-Deman-Arvana yolunun 11-ci kilometrində sonuncunun idarə etdiyi “VAZ-2106” markalı avtomobildə saxlanılaraq şöbəyə gətiriliblər.

 

Avtomobilin salonuna baxış zamanı ümumi çəkisi 16 kiloqramdan çox olmaqla yeddi kiloqramdan artıq heroin, altı kiloqram 720 qram qurudulmuş marixuana, bir kiloqram 885 qram tiryək, 614 qram psixotrop maddə olan metamfetamin, həmçinin bir ədəd “Baretta A6” markalı tapança, həmin silaha aid iki sandıqça və 20 ədəd patron aşkar olunaraq götürülüb.

 

Araşdırma zamanı müəyyən olunub ki, bu şəxslər hələlik adı istintaqa məlum olmayan İran vətəndaşının tapşırığı ilə Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitə, psixotrop maddə və silah-sursatı Yardımlı rayonu ərazisində qəbul ediblər  Daha sonra Cəbrayıl Yusibov və Zamin İbrahimov narkotik vasitələri Yardımlı rayonunda əvvəlcədən müəyyən edilmiş yerdə gizlətməli imişlər.

 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Zamin İbrahimov və Cəbrayıl Yusibov tutularaq istintaqa təqdim olunublar.

 

Cinayət işi üzrə zəruri istintaq və  əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
CNN-in müxbiri canlı yayımda soyuldu

CNN-in müxbiri canlı yayımda soyuldu

4312 3 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun